Holann "Mançester Siti" ilə yeni müqavilə imzaladı

"Mançester Siti" Erlinq Holannla yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Yeni anlaşmaya əsasən, norveçli hücumçu 2034-cü ilin yayınadək "şəhərlilər"in formasını geyinəcək.

Qeyd edək ki, Erlinq 2022-ci ildən "Mançester Siti"də çıxış edir.

24 yaşlı forvard bu vaxtadək keçirdiyi 126 oyunda 111 qol və 15 asistlə yadda qalıb. 

Transfermarkt portalı onun tdəyərini təxmini olaraq 200 milyon avro kimi göstərir.