Hollandiya klubu baş məşqçi postuna Nuri Şahini gətirməyi düşünür

Arne Slotun komandadan ayrılacağı dəqiqləşdikdən  sonra Feynoord baş məşqçi axtarışlarına start verib.

Sportline.az Beinsports.en-ə istinadla xəbər verir ki, Rotterdam təmsilçisi "Borussiya Dortmund"da köməkçi məşqçi vəzifəsində çalışan Nuri Şahini baş məşqçi postuna gətirmək istəyir.

Nuri Şahin 2023/2024 mövsümünün ilk dövrəsində "Antalyaspor"a rəhbərlik edib.

Türkiyə millisinin keçmiş üzvü həmçinin 2007/2008 mövsümündə "Feynoord"un formasını geyinib.

Qeyd edək ki, Arne Slotun rəhbərliyi altında "Feynoord" bu mövsüm 33 turdan sonra 81 xalla ikinci sıradadır. 45 yaşlı mütəxəssis yayda komandanı tərk edəcək.