I Divizionda 12 komanda iştirak edəcək
Azərbaycan I Divizionunda növbəti mövsüm 12 komanda mübarizə aparacaq. SportLine.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti - Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, PFL bank zəmanəti təqdim etməyən klubları yarışa buraxmayacaq.
Qeyd edək ki, ötən mövsüm I divizionda 14 komanda iştirak edib.