I Dünya təsnifat turniri: Güləşçilərimizdən uğursuz start
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri start götürüb.
SportLine.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir idmançı Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.
Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Bu növdə Orxan Nuriyev Azərbaycanın şərəfini qoruyub. 98 kq çəki dərəcəsində yarışan pəhləvanımız 1/16 finalda Qazaxıstan təmsilçisi Yerulan İskakovu üstələsə də, 1/8 finalda polşalı Radoslav Pavel Qrzibiçkiyə uduzaraq mübarizəni dayandırıb. Rəqibi də yarışla erkən vidalaşdığından Orxan təsəlliverici görüşlərə də qatıla bilməyib.
98 kq
1/16 final - Yerulan İskakov (KAZ) - Orxan Nuriyev 2:4
1/8 final - Orxan Nuriyev - Radoslav Pavel Qrzibiçki (POL) 1:3
Qeyd edək ki, güləş seçməmiz bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.