İbrahimoviç 1 həftəyə 90 milyon avro qazandırdı

Mövsümlərarası fasilədə "Mançester Yunayted"ə keçən Zlatan İbrahimoviç yeni klubuna bir həftəyə 90 milyon avro qazandırıb. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Qırmızı şeytanlar" rekord sayda forma satışına nail olublar. Bu da qısa vaxtda böyük məbləğin əldə olunması ilə nəticələnib.

Mətbuata açıqlamasında sevincini gizlətməyən isveçli ulduz, "Qazanılan məbləğ komandama kömək edəcək. Bizim yeni transferlərə ehtiyacımız var. Xüsusilə, Pol Poqbanın keçidini təmin etməyə çalışırıq. Düşünürəm, mənim formalarımın satışından əldə edilən məbləğ bu transferi reallaşdırmağa kömək olacaq", - deyib.