İbrahimoviç ABŞ-a yollanır
"Mançester Yunayted"in isveçli ulduzu Zlatan İbrahimoviç karyerasını ABŞ-da davam etdirə bilər. SportLine.az xəbər verir ki, bu barədə "FOX" telekanalı xəbər yayıb.
Telekanal futbolçunun "Los-Anceles Qalaksi" forması ilə şəklini də paylaşıb və futbolçunun növbəti mövsümdən okeanın o tayına köçəcəyini bildirib.
"ESPN" isə hələ tərəflər arasında razılaşmanın tam əldə edilmədiyini yazıb.
Qeyd edək ki, Z.İbrahimoviç mövsüm başa çatdıqdan sonra gələcək bütün təklifləri dəyərləndirəcəyi açıqlamışdı. Onun "qırmızı şeytanlar"la müqaviləsi bu mövsümü sonu bitir.