İbrahimoviç “Ayaks”a keçəcək

“Ayaks” “Milan”ın futbolçusu Maksimilian İbrahimoviçi transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, Maksimilian məşhur isveçli hücumçu Zlatan İbrahimoviçin oğludur.

O, hazırda “Milan”ın gənclərdən ibarət komandası – “Milan Futuro”nun formasını geyinir.

19 yaşlı oyunçu bu mövsüm Seriya D-də 17 qarşılaşmada iştirak edib, 5 dəfə fərqlənib və 4 qol ötürməsi ilə yadda qalıb.