İbrahimoviç "Milan"a qayıdır

"Milan"ın sabiq hücumçusu Zlatan İbrahimoviç kluba qayıtmaq niyyətindədir.

Sportline.az Calciomercato nəşrinə istinadla xəbər verir ki, isveçli futbolçu bununla bağlı klubun sahibi Cerri Kardinale ilə müzakirə aparıb.

Klub rəhbərliyi görüş zamanı ötən mövsüm karyerasını bitirən Zlatanın dönüşünü arzuladıqlarını bildirib. 

Ona komandanın rəisi vəzifəsinin həvalə olunacağı gözlənilir. 

Rəhbərlik xarizmatik futbol adamının komanda ilə sıx ünsiyyətdə olmasının tərəfdarıdır.