İbrahimoviç "Milan"ı bu kluba dəyişir

Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç karyerasını İsveçdə davam etdirə bilər.

Sportline.az "Sky Sport"a istinadla xəbər verir ki, isveçli hücumçu "Milan"la müqaviləsini uzatmamağa qərar verib. Təcrübəli futbolçu səhmlərinin bir hissəsinə sahib olduğu "Hammarbü" klubuna keçəcək.

Daha öncə "ağ-yaşıllar"ın idman direktoru Yesper Yansson ulduz futbolçunun transferinin mümkün olduğunu açıqlamışdı. İbrahimoviç koronavirusa görə elan olunan karantin günlərində "Hammarbü"də məşq etmişdi.

38 yaşlı futbolçu bu mövsüm "Milan"da 11 oyun keçirib, 4 qol vurub, 1 assist edib.