İbrahimoviç: "Nəticə verdiyim müddətdə oynayacağam"
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç hələ karyrasını başa vurmaq niyyətində deyil.
Sportline.az CNN-ə istinadən xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu özü danışıb. O deyib:
“Öz oyunuma böyük həvəsim var. İndi yaşımı və komanda yoldaşlarımı nəzərə alsaq, yeni vəziyyətdəyəm, amma hər günümdən həzz alıram. Çünki futbolla işim bitəndə nə qədər darıxacağımı düşünürəm. Karyeramı başa vurduqdan sonra peşmanlıq hissi yaşamaq istəmirəm. Mən çox işləyərək və onların ritminə uyğun olaraq bu gənclərlə ayaqlaşmağa çalışıram. Mən sağlam olmaq istəyirəm. Onların səviyyəsində olsam, bacardığım qədər oynamağa davam edəcəm. Nəticə göstərdiyim müddətdə oynayacağam. Mən daha pis oynamağa başlayan kimi ətrafımdakı insanların mənə qarşı dürüst olmasını istəyirəm. İstəyirəm ki, bu barədə mənə danışsınlar. O zaman hər şeyə real baxacağam”.