İbrahimoviçdən yeni rekord

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, o, buna A seriyasının 3-cü turunda "Latsio" ilə matçda iştirak edib. 39 yaş 344 günündə olan İbrahimoviç A seriyasında meydana çıxan ən yaşlı əcnəbi futbolçu adını qazanıb. 

Daha əvvəlki rekord isə Bruno Alveşə aid idi. 

Qeyd edək ki, İbrahimoviç sözügedən qarşılaşmada fərqlənməklə ardıcıl 24-cü mövsümündə qol hesabını açmış olub.

Banner