İbrahimoviçin oğlu “Milan”da

17 yaşlı isveçli yarımmüdafiəçi Vinsent İbrahimoviç İtaliyanın "Milan" futbol klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, o gənc istedadların təlimi və inkişafına yönəlmiş "Milan Futuro" gənclər komandasında çıxış edəcək.