İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün sonuncu görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün sonuncu görüşünü keçirəcək.

Sportline.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

12 turdan sonra 6,5 xala malik Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür.

Rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.