İdman jurnalistinin avtomobili yandırıldı
Rusiyalı idman jurnalisti, "Çempionat" nəşrinin əməkdaşı Dmitri Yeqorovun avtomobili yandırılıb.
Sportline.az xəbər verir ki, bu barədə təcrübəli media işçisinin özü teleqram-kanalı vasitəsilə məlumat yayıb.
O, hadisənin gecə vaxtı baş verdiyini bildirib. Yeqorov heç kimdən şübhələnmədiyini əlavə edib.
Qeyd edək ki, yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb.