İdmançılar üçün xüsusi maska

Fransada idmançılar üçün virusa qarşı xüsusi maskanın işlənilib hazırlanması üzrə layihə başa çatıb.

Sportline.az "France Info"ya istinadən xəbər verir ki, ötən ilin iyunundan bu işlə ölkənin İdman və Səhiyyə nazirlikləri məşğul olub.

İştirakçı qismində isə çoxsaylı müvafiq firma və mütəxəssislər çıxış edib. Maska artıq patentləşdirilib və onu dövriyyəyə buraxmaq istəyən bütün müəsssisələrə təqdim edilə bilər.

Üz üçün xüsusi münasib parçadan hazırlanmış maska dodaqlara toxunmur, nəfəs aldıqda isə dartılmır. O, sifətə elə pərçimlənib ki, hətta intensiv hərəkətdə də yerini dəyişmir.