İdmançılarımız Avropa çempionatında 4 medal qazanıblar

17-18 oktyabr 2025-ci il tarixində Slovakiyanın Samorin şəhərində keçirilən natural bodibildinq və fitnes idman növü üzrə Avropa çempionatı komandamız üçün uğurlu olub. 
INBA Qlobal Azərbaycan Birliyindən Sportline.az-a verilən məlumata görə çempionatda Elsəvər Allahverdiyev "Physically challenged" kateqoriyada bürünc medala sahib olub.
Milli komandamızın atleti Xudadar Həmidov "Mens Sport Model" kateqoriyada 1-ci yerə layıq görülüb. Xudadar Həmidov "Mens Athletic Open" və "Classic physique Novice" kateqoriyalarında da bürünc medal qazanıb. O, həmçinin "Mens athletic" kateqoriyada "Pro Card"-a sahib olaraq peşəkar liqaya vəsiqə qazanıb.
"Classic physique Novice" kateqoriyada mübarizə aparan digər atletimiz Qalib Mirzəyev finala yüksələrək dörüncü yerə layiq görülüb. Komandamızın digər üzvləri Nihad Qaracayev və Ağasəf Məmmədov "Mens physique" kateqoriyada yarımfinalda mübarizəni dayandırıblar.
Ümumilikdə komandamız aktivinə 1 qızıl, 3 bürünc və 4 həvəsləndirici medal yazdırıb. 
INBA Qlobal Azərbaycan və INBA Qlobal Avrasiya Birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev Avropa çemoionatında ölkəmizi hakim kimi təmsil edib