İdmançımız Amerikada 3-cü oldu

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi davam edir. SportLine.az xəbər verir ki, 50 ölkədən 200-yə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığmasının üzvləri də iştirak edir.

Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Rüstəm Qasımov çıxıb. 67 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.

Rüstəm təkanla qaldırma hərəkətində 143 kq nəticə göstərərək bu hərəkətdə 7-ci yeri tutub. Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı