İdmançımız Avropa çempionatında tarixi nailiyyətə imza atıb

Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb.

Bu barədə Sportline.az-a Bilyard Federasiyasından (ABF) məlumat verilib.

Həm də ABF-nin prezidenti olan S.Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən yarışda ikinci yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında 16 ölkədən 115 bilyardçı mübarizə aparıb.