İdmançımız Avropa çempionu oldu

Azərbaycan para-üzgüçüsü Raman Saleh Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa çempionatının qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, o, 100 metr məsafəyə arxası üstə üzmə növündə 1 dəqiqə 1,57 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.