İdmançımız finalda uduzdu
Azərbaycan tayboksçusu Rəvan Ağazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 67 kq-da çıxış edən idmançı qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençiklə qüvvəsini sınayıb.
Rəqibinə məğlub olan Ağazadə ikinci yeri tutub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 11 qızıl, 9 gümüş və 19 bürünc medal var.