İdmançımız ilk dəfə dünya çempionatında

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo bu il 12-19 dekabrda İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı İndoneziya əsilli idmançının da adı var.

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı bu yarışda təmsil edən ilk badmintoçu olacaq.