İdmançımız Türkiyədəki yarışda mübarizə aparacaq

Bu gün Türkiyənin İstanbul şəhərində kokfight dünya seriyası üzrə qaliblər müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, ölkəmizi bu yarışda 77 kq çəki dərəcəsində Muay-tay üzrə milli komandanın üzvü Məmməd Əmrəliyev təmsil edəcək.

Onun rəqibi niderlandlı məşhur idmançı Qlory döyüşçüsü Kevin Hesslinq olsa da, rəqibi zədələndiyi üçün idmançımız türkiyəli Muhammet Berat Altıntopla qarşılaşacaq.