İdmançımızın Olimpiya mükafatı ləğv olundu

Azərbaycan yığmasının daha bir Olimpiya medalını itirməsi rəsmiləşib.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi qərar verib.

Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının bəzi yarışlarında medal bölgüsünə yenidən baxıb. Mükafatı rəsmən ləğv edilənlər arasında ağır atletikada bürünc medal qazanan Valentin Xristov da olub.