III dövrənin növbəti oyunları keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin növbəti oyunları keçirilib.
Sportline.az xəbər verir ki, IX tura təsadüf edən hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.
Günün ilk qarşılaşmasında "Abşeron" "Murov" üzərində inamlı qələbə qazanıb - 3:0 (17:25, 26:28, 20:25).
Digər görüşdə isə "Azerreyl" UNEC-i 3:1 (18:25, 25:18, 22:25, 13:25) hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra xallarını 24-ə çatdıran "Abşeron" liderliyini möhkəmləndirib. 14 xalı olan "Azerreyl" ikinci, 6 xalı olan "Murov" üçüncüdür. Autsayder UNEC-in isə 4 xalı var.