İkardi birdəfəlik PSJ-də

PSJ “İnter”in hücumçusu Mauro İkardini birdəfəlik transfer edib.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Argentinalı ilə 2024-cü ilin iyunun 30-dək müqavilə bağlanıb. Futbolçunun illik maaşının 8 milyon avro (üstəgəl bonuslar) olacağı bildirilir. “İnter”ə isə 50 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, İkardi bu mövsüm PSJ-də icarə qaydasında oynayırdı.