İkardi İspaniya klubuna transfer olmağa yaxındır
"Qalatasaray"ın hücumçusu Mauro İkardi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Real Oviedo" argentinalı forvardla yaxından maraqlanır.
32 yaşlı oyunçunun transfer qiyməti 10 milyon avrodur.
Qeyd edək ki, təcrübəli futbolçunun İstanbul klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.