İkardi "Qalatasaray"dan ayrılır?
"Qalatasaray"da zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan argentinalı hücumçu Mauro İkardinin gələcəyi ilə bağlı proses davam edir.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, "Qalatasaray"ın prezidenti Dursun Özbek və idarə heyəti ulduz hücumçu Mauro İkardi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçəcək.
Zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan və bir neçə həftədən sonra meydançaya qayıdacağı gözlənilən təcrübəli hücumçunun mövsümün sonunda başa çatacaq müqaviləsinin iki il uzadılmasının planlaşdırıldığı bildirilir.