İki oyun canlı yayımlanacaq

Azərbaycan kubokunun 1/8 final mərhələsinin iki oyunu canlı yayımlanacaq. SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, söhbət “Neftçi” – “Zaqatala” və “Şüvəlan” – “Səbail” matçlarından gedir.

Hər iki görüş “CBC Sport” kanalı ilə birbaşa göstəriləcək.

Azərbaycan kuboku

1/8 final mərhələsi

28 noyabr (çərşənbə axşamı)

17:00. “Neftçi” – “Zaqatala”
8-ci km stadionu

29 noyabr (çərşənbə)

13:30. “Şüvəlan” – “Səbail”
“AZAL Arena”