"İlin ən yaxşı məşqçisi" adına 10 namizəd

FİFA 2016-cı ilin "ən yaxşı məşqçisi" nominasiyasına namizədlərin adlarını açıqlayıb. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda bu mütəxəssislərin adları var:

Kris Koulmen (Uels yığması), Didye Deşam (Fransa yığması), Fernando Santuş (Portuqaliya yığması), Xosep Qvardiola (“Bavariya”/“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenhem”), Klaudio Ranyeri (“Lester”), Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”).

İlin ən yaxşı məşqçisinin adı səsvermə nəticəsində bəlli olacaq. Səslərin 50 faizi milli komandaların kapitanları və çalışdırıcılarının seçiminə əsasən müəyyənləşəcək. Qalan 50 faiz səslər isə azarkeşlər arasında onlayn keçirilən seçim prosesindən toplanılacaq.

Qeyd edək ki, ilin ən yaxşı məşqçisi seçiləcək şəxsə mükafat yanvarın 9-da təqdim ediləcək.