"İlin idman məktəbi" müəyyənləşdi
Sosial şəbəkələrdə keçirilən rəy sorğusunun nəticələrinə görə, Respublika Olimpiya Velosiped Məktəbi "İlin İdman Məktəbi" nominasiyası üzrə Sosial Media Mərkəzi tərəfindən "Xəzər" Milli Mükafatı ilə təltif edilib. SportLine.az xəbər verir ki, Respublika Velotrekində təşkil edilən tədbir zamanı Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev mükafatı Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanova təqdim edib.