"İmişli" "Zirə" ilə heç-heçə edib

Azərbaycan Premyer Liqasının VI turunda "İmişli" "Zirə" ilə heç-heçə edib.

Sportline.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksindəki turun açılış matçında tərəflər hərəyə bir dəfə fərqləniblər.

"İmişli"dən Dioqo Rollo (26) paytaxt təmsilçisindən isə David Volkov (80) adını tabloya yazdırıb.

"Zirə"nin 12, bölgə kollektivinin isə 8 xalı var.

Qeyd edək ki, günün ikinci matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək. Görüş "Azərsun Arena"da, saat 19:00-da başlayacaq.