İnfantino: "Dünya çempionatına 40 komanda qatılacaq"
2026-cı ildə keçiriləcək Dünya çempionatında 40 komanda iştirak edəcək. SportLine.az xəbər verir ki, bu barədə FİFA prezidenti Cianni İnfantino məlumat verib.
Onun sözlərinə görə, bu, Afrika ölkələri və digər orta səviyyəli komandaların da ən mötəbər futbol turnirində iştirakına zəmin yaradacaq. İnfantino məsələni qətiləşdirmək üçün rəsmi qurumlarla müzakirələr apardığını da sözlərinə əlavə edib.