İnfantino Rusiya futbolu ilə bağlı danışmaqdan imtina edib
FİFA prezidenti Canni İnfantino Rusiya futboluna qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı sualı cavablandırmayıb.
Sportline.az xəbər verir ki, 53 yaşlı funksioner suala görə təşəkkür edib, lakin Rusiya komandalarının FİFA-nın himayəsi altında keçirilən turnirlərdə nə vaxt iştirak edə biləcəklərinə cavab verməyib.
Rusiya milli komandası 2022-ci ildən beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılıb. O vaxtdan bəri Valeri Karpinin komandası 8 yoldaşlıq oyunu keçirib.