İngiltərə çempionunda yeni müqavilə

“Liverpul” futbolçusu Adam Lyuislə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mersisayd təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə imzalayıb. Müqavilənin detalları isə açıqlanmayıb.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Lyuis bu mövsüm əsas komandayla bir oyunda iştirak edib.