İngiltərə ilə oyunda zədələnən Kostiç AVRO 2024-də iştirakını dayandıra bilər
AVRO 2024-ün C qrupu çərçivəsində keçiriən Serbiya-İngiltərə oyununun 43-cü dəqiqəsində zədələnərək meydanı tərk edən Filip Kostiç durumu ciddidir.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin müayinə zamanı sol dizindəki bağlardan biri zədələndiyi aşkarlanıb.
Serbiya Futbol Federasiyasının nümayəndəsi Milan Vukoviçin sözlərinə görə, Kostiçə sağalmaq üçün ən azı iki həftə lazım olacaq. Futbolçunun Sloveniya ilə oyunu izlədikdən sonra millinin düşərgəsindən ayrılması gözlənilir.
Qeyd edək ki, Serbiya ilə İngiltərə arasında keçirilən görüş 1-0 hesabı ilə Britaniya təmsilçisinin xeyrinə yekunlaşmışdı.