İngiltərə klubları Kasadonu istəyir
"Barselona"nın futbolçusu Mark Kasado karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Vest Hem" və "Tottenhem" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün yarışa girib.
Bu haqda "Tutto mercato" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Kasado cari mövsüm meydana çıxdığı 30 matçda 1 asistlə yadda qalıb.