İngiltərə klubunda yeni müqavilələr

“Tottenhem” futbolçuları Mixael Vorm və Yan Vertongenin müqaviləsinin müddətini artırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə müddəti iyulun 31-nə qədər olan sözləşmə imzalanıb.

Vorm və Vertongenin əvvəlki müqaviləsi iyunun 30-na qədər idi.