İngiltərə klubundan ayrılan futbolçu karyerasını BƏƏ-də davam etdirəcək
"Brentford" ilə yollarını ayıran Saman Qoddos Birləşmiş Ərəb Əmirlikləri klubu "İttihad Kalba"ya transfer olunub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, iranlı futbolçu yeni klubu ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
2020-ci ildən İngiltərədə çıxış edən 31 yaşlı yarımmüdafiəçi "Brentford" ilə 108 oyunda 6 qol vurub, 8 asist edib.
Qeyd edək ki, Qoddos daha əvvək "Östersund" və "Amyen"də də forma geyinib.