İngiltərə klubundan “Barselona”ya təklif var
"Nyukasl Yunayted" "Barselona"nın brazilyalı futbolçusu Rafinyanı gələn ilin yayında heyətə cəlb etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
28 yaşlı futbolçu Kataloniya təmsilçisindən ayrılmaq fikrində deyil.
Qeyd edək ki, Rafinyanın transfer qiyməti 100 milyon avrodur.
O, bu mövsüm meydana çıxdığı 10 matçda 3 qol, 3 asistlə yadda qalıb.