İngiltərə klubundan Okan Buruka təklif

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Tottenhem"dən cəlbedici təklif alıb.

Sportline.az xəbər verir ki, o, təklifi rədd edib. Məlumata görə, İngiltərə klubu mövsümün fasiləsində Okan Buruka təklif irəli sürüb.

Təcrübəli mütəxəssis mövsümün ortasında İstanbul təmsilçisini tərk etməmək barədə qərar verib. 

Qeyd edək ki, Okan Burukun "Qalatasaray"la müqaviləsi mövsümün sonunda yekunlaşır.