İngiltərə Kubokunun finalçıları bəlli oldu

İngiltərə Kubokunun 2025/2026-cı illər mövsümünün növbəti finalçısı müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu gün evdə "Lids Yunayted"i 1 qolla məğlub edən "Çelsi" finala vəsiqə qazanıb. Matçın yeganə qolunu 23-cü dəqiqədə Enzo Fernandes vurub. Beləliklə, həlledici matçda "Mançester Siti" və "Çelsi" komandaları üz-üzə gələcək. 

Xatırladaq ki, turnirin həlledici qarşılaşması mayın 16-da "Uembli" stadionunda keçiriləcək.