İngiltərə Kubokunun qalibi "Mançester Siti" oldu

İngiltərə Kubokunda 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.

Sportline.az xəbər verir ki, həlledici qarşılaşmada "Çelsi" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. Matç "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Mançester Siti" mövsümü İngiltərə Kubokunun qalibi kimi başa vurub.

16 may

"Çelsi" - "Mançester Siti" - 0:1

Qol: A.Semenyo, 72

Qeyd edək ki, bu kubok "Mançester Siti" üçün Qvardiola ilə İngiltərə Kubokunda əldə edilən üçüncü zəfəri olub. Ümumilikdə isə ispaniyalı mütəxəssis klubu çalışdırdığı 10 il ərzində 20 kubok qazanmağa müvəffəq olub.