İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşdi
İngiltərə Futbol Federasiyası seçmə komandanın yeni baş məşqçisinin adını açıqlayıb. SportLine.az xəbər verir ki, Roy Hocsonun istefasından sonra boş qalan vəzifəyə Sem Ellardays gətirilib.
Mütəxəssisin son iş yeri "Sanderlend" olub.
Qeyd edək ki, 62 yaşlı çalışdırıcı ilk dəfə milli komandaya rəhbərlik edəcək. O, bu vaxta qədər “Bləkpul”, “Notts Kaunti”, “Bolton”, “Nyukasl”, “Bləkbörn” və “Vest Hem” kimi klubları da çalışdırıb.