İngiltərə nəhəngində ayrılıq gözlənilir

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno klubdan ayrılmaq fikrindədir.

Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Qeyd edək ki, K.Meynonun dəyəri 50 milyon avrodur.