İngiltərə - Xorvatiya matçı Əliyar Ağayevə tapşırıldı

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində 3-cü turun təyinatları açıqlanıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, azərbaycanlı FİFA hakimi Əliyar Ağayev qrup mərhələsinin son günündə də iş başında olacaq.

Həmyerlimiz İngiltərə - Xorvatiya matçına təyinat alıb. O, bu matçın baş hakimi olacaq. İyulun 18-də baş tutacaq qarşılaşma Haydenheym şəhərində keçiriləcək.

Qeyd edək ki, Ağayev 1-ci turun Hollandiya – Xorvatiya oyununda dördüncü, 2-ci turun İtaliya – Avstriya matçında baş hakim olub.

Banner