İngiltərədə transfer pəncərəsi nə vaxt açılır?

İngiltərə futbolunda yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı bilinib.

Sportline.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. İngiltərədə transfer dövrü iyulun 27-də başlanacaq və oktyabrın 5-nə qədər davam edəcək.

Qeyd edək ki, koronavirusa görə milli çempionatlarda böyük fasilə yarandığından bu mövsüm yay transfer pəncərəsinin açılması ləngiyir.