“İnter” fransalı futbolçunu transfer edib

İtaliyanın A Seriyasında çıxış edən "İnter" Fransa təmsilçisi "Lens"in yarımmüdafiəçisi Endi Diufun transferini rəsmən açıqlayıb.

Sportline.az xəbər verir ki, klubun rəsmi məlumatına görə, 22 yaşlı fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

"İnter" bu transfer üçün "Lens" klubuna 20 milyon avro təzminat ödəyəcək.