"İnter" İnzagi ilə bağlı qərar verdi
"İnter" Simone İnzagi ilə yeni müqavilə imzalayıb.
Sportline.az klubun saytına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis 2025-ci ilədək milanlıların uğurları üçün şalışacaq.
47 yaşlı İnzagi 2021-ci ildən "İnter"in baş məşqçisidir.
Komanda onun rəhbərliyi altında iki dəfə İtaliya kuboku və super kubokunun sahibi olub, həmçinin Çempionlar Liqasının finalına yüksəlib.