“İnter” “Komo”ya 58 milyon avro ödəməyə hazırdır
“Komo”nun hücumameyilli yarımmüdafiəçisi Niko Paz “İnter”in transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, Milan klubu bu keçid üçün 58 milyon avro ödəməyə hazırdır.
Bu haqda “Flash Score” məlumat yayıb.
N.Paz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 4 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Argentina millisinin üzvü “Real Madrid”in yetirməsidir.