“İnter” “Mançester Siti”yə elçi düşüb
“İnter” yeni qapıçı axtarışına çıxıb.
Sportline.az “İnter Live” nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti”nin almaniyalı kiperi Ştefan Orteqa “İnter”in maraq dairəsinə düşüb.
Milan klubu yanvar ayında 32 yaşlı futbolçu üçün “Mançester Siti”yə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Orteqa “İnter”ə transfer olmağa isti yanaşır.